ictimai Palata Bakıda aksiyaya bazladı; ürəyi gedənlər var; Jurnalistlərə zor tətbiq olunub

img

14-05-2012 [03:08]


İctimai Palatanın (İP) təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında planlaşdırılan piketi başlayıb. Aksiyada saxlanılan qadınların hamısı sərbəst buraxılıb. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, AXCP sədrinin müşaviri Asif Yusifli və başqaları saxlanılaraq Səbail Rayon polis İdarəsinə aparılıblar. 13.28. Polis zorakılığına bir nəfər jurnalist də məruz qalıb. Artıq ərazidə polis və jurnalistlərdən savayı heç kim qalmayıb. 13.25 Müsavat başqanının oğlu Turqut Qəmbər də saxlanılıb. ----- 13.21 Saxlanılanlar arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var. Kiçik qruplar şəklində aksiya iştirakçıları Nizami küçəsinə doğru hərəkət edirlər. Polis aksiya iştirakçılarının əlində olan plakatlar alıb. ----- 13.16 Hadisə yerində olan müxbirimiz xəbər verir ki,piket iştirakçıları artıq Sahil Metrosuna doğru hərəkət edirlər. ---- 4 nəfər müxalifətçi qadını polislər döyə-döyə atomobilə tərəf aparıblar. Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı aksiya iştirakçılarına polisin zorakılığına cavab verməməyə çağırıb. Bakı şəhər baş polis idarəsinin rəis müavini Səhlab Bağırov aksiya yerindədir. Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırır. ---- 13.07 Polislər İcra Hakimiyyətinin binasına doğru gedən piket iştirakçılarının qarşısını elə Sabir bağında alıblar. Polis piket iştirakçılarına qarşı zor tətbiq edib. Yürüşçülər arasında 2-3 nəfərin ürəyi gedib. 13.01 İştirakçılar ?istefa? şüarları qışqırırlar. Qafqazinfo xəbər verir ki, aksiyaçılar Sabir bağının ətrafında toplaşıb. Hazırda polislər onların İcra Hakimiyyətinin binasına doğru yaxınlaşmasına imkan vermirlər. (Qafqazinfo). Son xəbərə görə, aksiya yekunlaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA