Gürcü futbolçu Adamiya ?Qarabağ?dan getdi

img

14-05-2012 [02:55]


?Qarabağ? gürcüstanlı hücumçusu Georgi Adamiya ilə müqavilənin müddətini uzatmayıb. Bu haqda Qol.Az-a ?Qarabağ?ın direktoru Əmrah Çəlikəl məlumat verib.Hazırda Gürcüstanda olan futbolçu özü isə klub rəhbərliyi ilə danışıqların nəticəsiz başa çatdığı üçün "Qarabağ"dan ayrıldığını bildirib.Adamiya bundan sonra futbolçu karyerasını Bakının ?İnter? klubunda davam etdirəcək. "İnter"in meneceri Səbuhi Səfiyarlı Qol.Az saytına açıqlamasında "İnter"in Adamiya ilə maraqlandığını təsdiqləyib. O deyib ki, hazırda vətənləri Gürcüstanda olan baş məşqçi Kaxaber Sxadadze ilə Adamiyanın bu günlərdə görüşü olacaq və məhz bundan sonra futbolçunun "İnter"ə keçidi məsələsinə tam aydınlıq gələcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA