Əli Əliyev partiyanın Gənclər Təzkilatı üzvləri ilə görüzüb

img

14-05-2012 [01:34]


Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev partiyanın Gənclər Təşkilatı (GT) İdarə Heyətinin üzvləri ilə görüşüb. Görüşdə VİP GT-nin strukturlarının möhkəmləndirilməsi və fəaliyyətnin genişləndirilməsi, partiyanın yaradılmasının 6-cı ildönümü münasibəti ilə nəzərdə tutulan tədbirlərdə VİP GT-nin iştirakı və digər məsələlər müzakirə olunub. Ə.Əliyev ölkənin icimai-siyasi həyatında gənclərin iştirakının artırılmasının zəruriliyini önə çəkərək, VİP GT-nin fəaliyyətini gücləndirmək istiqamətində hərəkətlənməsini yüksək qiymətləndirib. VİP sədri partiyanın rəhbər strukturlarının gənclərin təşkilatlanmasına yönəlik fəaliyyətə tam dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. VİP GT İdarə Heyətinin üzvləri də həyata keçirdikləri fəaliyyət haqqında ətraflı məlumat verərək, partiyanın Mərkəzi Aparatı ilə əlaqəli formada çalışdıqlarını qeyd ediblər. İdarə Heyətinin üzvləri partiyanın 6-cı ildönümü ilə əlaqədar davam edən hazırlıq işləri barəsində danışaraq, əlavə təkliflərini irəli sürüblər. Daha sonra Ə.Əliyev VİP GT İdarə Heyəti üzvlərinin ölkədaxili və regioal proseslərlə bağlı çoxsaylı suallarını cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA