Ictimai Palata iqtidara izləməkdə ittiham olundu

img

14-05-2012 [01:02]


?İqtidar müxalifəti elə liderlərin öz əli ilə özəlləşdirib. Yaxın dövrlərdə və hazırda yürüdülən siyasət göstərir ki, prosesin başında Müsavat-AXCP cütlüyü dayanır?. Bu fikri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada dilə gətirib. Onun sözlərinə görə, daim bir-biri ilə qalmaqalda olan bu partiyaların və bir-birini ağır şəkildə ittiham edən liderlərin hazırda bir arada olması məhz iqtidarın planıdır: ?Müxalifətin böyük hissəsinin daxil olmadığı İctimai Palata da bu plana əsasən yaradılıb. Bu iki partiyanın mətbəxinə bələd olan hər kəs bilir ki, liderləri məcburiyyətdən yan-yana duran təşkilatların sıravi üzvləri arasında da münasibət soyuqdur. Hətta bu soyuqluq özünü İctimai Palataya seçkilərdə də göstərmişdi. Belə ki, müsavatçılar Əli Kərimliyə səs verməmişdilər. Bu səbəbdən də Əli Kərimli siyahıda 9-cu olmuşdu. Rauf Arifoğlunun rəhbərlik etdiyi ?Yeni Müsavat? qəzetinin Əli Kərimliyə, ikincinin kurasiyasında olan ?Azadlıq? qəzetinin isə qarşı tərəfə olan münsaibəti də hər kəsə bəllidir. Bu mənada cütlüyün xalqın sözünü demək kimi cəhdləri səmimiyyətdən uazaqdır. Onları sadəcə iqtidarın ?müxalifətin özəlləşdirilməsi? prosesinə yatırdığı sərmayələr birləşdirir. Əks halda bu iki qüvvəni birləşdirən heç bir dəyər yoxdur. Olsaydı xalqdan gələn sosial sifarişə əsasən müxalifətin birliyini qurardılar?. AİDP sədrinin fikrincə, məqsəd əsas müxalifət obrazı yaradaraq yenilik istəyən xalqı bu düşərgədən bezdirmək, yorğun salmaq, ortaya çıxmaq istəyən qüvvələri zərərsizləşdirməkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA