Dazqın Oğuzda evləri su altında qoydu

img

13-05-2012 [08:03]


Bu gecə daşqın Oğuz rayonunun Xalxal kəndinində 15-ə yaxın evi su altında qoyub.Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, sel suları kəndi rayon mərkəzi ilə bağlayan asfalt yolun 10-15 kilometrini də yuyub və hazırda yolun yatağı ilə sel suları axır. 140 ailənin yaşadığı kənd yaxından axan Qaraçay və Kordərə çaylarının arasında qalıb və hər iki çayda suyun daşması nəticəsində kəndi su basıb. Verilən məlumata görə, sel suları kəndarası yolları da yuyub və körpüləri dağıdıb. Körpünün dağılması nəticəsində məktəb və uşaq bağçası kənddən aralı qalıb. Həmçinin körpünün dağılması üzündən kəndin dağdibi Zumanlı məhəlləsi ilə əlaqə kəsilib. Hazırda kənddə Fövqələdə Hallar Nazirliyinin (FHN) rayon bölməsinin təmsilçiləri araşdırma aparır.

Digər xəbərlər
SON XƏBƏRLƏR