Rauf Arifoğlu: ?Elzad Abdullayev zərəfsiz və ... xislətli birisidir?

img

20-04-2012 [11:03]


?Yeni Müsavat? qəzetinin baş redaktoru Rauf Arifoğlu ABU rektoru Elşad Abdullayevin Azpolitika.info-da dərc olunmuş məktubuna sərt cavab verib:?Mən, saytınızın iddia etdiyi kimi, Elşad Abdullayevə Azpolitika-da heç bir cavab verməmişəm. Onu ittiham etməyim barədə yazılan da həqiqətə uyğun deyil. Mən sadəcə onun absurd ittihamına - guya ?Yeni Müsavat?ın Arzu Kazımov adlı iş adamından rüşvət alması kimi sərsəmləməsinə bir cümlə ilə cavab vermişəm: ?Elşad Abdullayev qələt edib, o sözü deyir?. Hamıya da məlumdur ki, qələt ərəbcə ?səhv? deməkdir; bu baxımdan burada hansısa təhqirdən söhbət gedə bilməzdi. Lakin qarşılığında keçmiş rektor məni, rəhbərlik etdiyim qəzeti, onun əməkdaşlarını ağır təhqirlərə yol verib, bizi ən ağır cinayətlərdə, suşlayıb; şərəf və ləyaqətimizi təhqir edib. Saytınız da bu təhqirləri yayıb. Hesab edirəm ki, burada da bir sıra normativlər və KİV haqda qanunun tələbləri pozulub. Lakin canınız sağ olsun, bu məktubu olduğu kimi verməklə, professorluğu kimi, bütün həyatı da saxta olan bu məxluqun ifşasına bir qədər də yardım etmisiniz. Elşad Abdullayev həmişə olduğu kimi, bu dəfə də ucuz fahişə taktikası ilə, hər kəsi olduğu kimi, məni və bütün ?Yeni Müsavat?şıları şərləyir. Bu bədbəxt həm də bütün faylları qarışdırıb - məni gah MTN-in, gah DİN-in adamı elan edir... Guya onların əllərində mənə qarşı kompromat video varmış... Adama deyərlər ?yalançının....?. Amma mən demirəm. Çünki bu şərəfsiz .... xəbəri belə yoxdur; onun ailə üzvləri əslində mənim yaxın qohumlarım sayılırlar. Guya özünü məlumatlı adam bilib, sağdan-soldan üzərimizə böhtan atır; çamur yağdırır; 7 dərənin suyunu bir arxa qatır. Lakin... El misalı var, ?itə yiyəsinə görə dəymirlər...? ........ davam eləsin. Siz də dərc edin, arada mən də cavab verərəm - yeni yaranan saytınıza xeyirli olar. Lakin mən bu dəfə qanuni yollara baş vurmaq məcburiyyətindəyəm. Fransa hökumətinə, Bakıdakı səfirliyinə bu adamla bağlı müraciət edəcəm - bu şər maşını Strasburqda oturub, namusu və həyatı risqi ilə ruzu qazanan bizləri təhqir edir. Bizi bir yandan bu iqtidar əzır, şərləyir, məhkəməyə verir, döyür; bir yandan da Elşad kimi şərəfini satmışlar, ifşa olunmuşlar üstümüzə ....... Araşdıracağıq, bu geydirmə hüquq professorunun məhkəmələrə cəlb olunması imkanları varsa, bunu da edəcəyik. Qardaşının qanı-canı üstündən biznes quran, oyun oynayan, indi də siyasi sığınacaq alan; onu bəlkə də özü aradan götürtdürən bu ibnə mənim qardaşımın da adını dilinə dolayır. Onun adını çəkdiyi adamı mənim qardaşım nə görüb, nə də tanıyır. ?Yeni Müsavat?ın təsisçisi məsələsi ilə bağlı dedikləri də ucuz böhtandır ? bütün ölkə ictimaiyyəti bilir ki, 20 illik yubileyimiz münasibəti ilə Müsavat başqanı İsa Qəmbər qəzetin təsisçilik hüququnu mənə bağışladı... Yekunda bir daha deyim ki, Elşad Abdullayev çox böyük qələt eləyir, üstündən də ... yeyir ki, bu cür böhtan və şərlərə baş vurur. Hörmətlə, Rauf Arifoğlu, ?Yeni Müsavat? qəzetinin baş redaktoru?. "Azpolitika.info"

Digər xəbərlər
SON XƏBƏRLƏR