?Qalatasaray? çempion oldu; Minlərlə tərəfdar meydana girdi

img

12-05-2012 [11:22]


Fateh Terimin yetirmələri çempion oldu. ?Qalatasaray? çempionluq derbisində səfərdə əzəli rəqibi ?Fənərbaxça? ilə gərgin keçən qarşılaşmadan bərabərə qalaraq, unudulması mümkün olmayan daha bir çempionluğuna imza atdı. Oyuna gəldikdə isə, super finalın derbisi aşağı templə start götürüb. ?Qalatasaray? bərabərliyin onları çempionluğa daşıyacağı stressi ilə ilk hissədə rəqibini demək olar ki, öz sahəsində qarşılayıb. 27-ci dəqiqədə ?qol maşını? Elmanderin zədələnməsi Fateh Terimin işini bir qədər də zorlaşdırıb. Təcrübəli məşqçi onu Milan Baroşla əvəzləyib. İlk hissədən fərqli olaraq, ikinci hissədə ?Fənərbaxça? qələbə üçün mücadilə əzmini artırıb. Amma Terimin yetirmələri təmkinlə oyundakı tempin yüksəlməsinə imkan verməyiblər. Sarı kartlarla zəngin derbidə 66-cı dəqiqədə ?Fənər?li Dia ikinci sarı kartla oyundan qovulub. 81-ci dəqiqədə isə ?Qalatasaray?lı Tomas Ujfalusi oyunu gecikdirmək üçün topu kənara vurmaqla, hakimin ikinci sarı kartı çıxarmasına səbəb olub. Müdafiəçinin meydandan qovulmasının ardınca Fateh Terim Milan Baroşu Kökhan Zanla əvəzləyib və müdafiə xəttini gücləndirib. Hakim Cüneyt Çakırun oynunun əsas vaxtına əlavə etdiyi 5 dəqiqə ərzində də derbidən qol sədası çıxmayıb. Beləliklə, ?Qalatasaray?ın əzəli rəqibinin meydanında çempionluğunu rəsmiləşdirib. Son dəqiqələrdə Türkiyə xəbər portalları məlumat yayır ki, ?Fənərbaxça?nın azarkeşləri meydana daxil olaraq polislərə hücum ediblər. Onlar oturacaqları və digər dəmir alətləri qıraraq, ?silahlanıblar?. Hazırda meydanda polislərlə azarkeşlər arasında qanlı olaylar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA