Ziyalılarla iP rəhbərliyi birgə mübarizə qərarı verildi

img

12-05-2012 [08:00]


Bu gün Ziyalılar Forumunun İdarə Heyəti ilə İctimai Palatanın Koordinasiya Şurası üzvlərinin görüşü keçirilib. Ziyalıların və müxalifət liderlərinin görüşündə ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdakı demokratiya forumu barədə müzakirə aparılıb. Bundan əlavə, görüşdə siyasi məhbusların vəziyyətinə, onları azadlığa buraxılmasına nail olmaq üçün görülən tədbirlərə, eləcə də ölkənin ümdə problemlərinə də toxunulub. Ziyalılar Forumunun üzvləri ilə İctimai Palata təmsilçiləri birgə fəaliyyətlə bağlı bir sıra prinsipial razılıqlar əldə ediblər. Görüşdən sonra Ziyalılar Forumu və İP Koordinasiya şuralarının birgə mətbuat açıqlaması yayılıb. Açıqlamanın mətni belədir: "12 may 2012- ci il tarixində Ziyalılar Forumu və İctimai Palata Koordinasiya Şuraları arasında görüş olub. Görüşdə ölkə və dünyada aktual olan ictimai ? siyasi məsələlər və iki qurum arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Aşağıdakı məsələlər barədə razılıq əldə olunub: 1. Ziyalılar Forumu və İctimai Forum arasında ümumi əməkdaşlıq davam etdirilsin; 2. Ziyalılar Forumu və İctimai Forum tərəfindən köklü demokratik dəyişikliklər uğrunda çıxış edən ictimai - siyasi qüvvələrin konsolidasiyası məqsədi ilə Demokratik Müşavirənin bu ilin payız aylarında keçirilsin; 3. Qərara alındıği kimi, Ümumrespublika Demokratik Müşavirəsində ölkədə demokratik dəyişikliklər uğrunda çalışan bütün qüvvələrin və şəxslərin iştirakı təmin olunsun; 4. May ayında yerli və xarici KİV nümayəndələri üçün birgə brifinq keçirilsin; 5. Bütün siyasi və vicdan məhbuslarının azadlığa buraxılması barədə bəyanat qəbul edilsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA