Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kanadaya səfər etdi

img

12-05-2012 [04:09]


Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kanadaya səfər etdi. Nümayəndə heyəti mayın 14-də, səfər çərçivəsində Azərbaycan Respublikasının Kanadadakı səfirliyində brifinq keçirəcək, 28 may - Respublika Günü münasibəti ilə rəsmi ziyafətdə iştirak edəcək, daha sonra Liberallar Partiyasının müdafiə məsələləri üzrə tənqidçisi, millət vəkili cənab Con Makey (John McKay) ilə görüşəcək. YAP-ın nümayəndə heyəti mayın 15-də Yeni Demokratik Partiyasının xarici işlər üzrə tənqidçisi, millət vəkili cənab Pol Düar (Paul Dewar) ilə görüşdən sonra Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Kanada Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü cənab Barri Devolin ilə işçi nahar edəcəkdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA