Heydər Əliyevin qonuzusu Azərbaycan vətəndazlığından imtina edir

img

10-05-2012 [05:01]


?Mən Azərbaycan vətəndaşlığından imtina etmək məcburiyyətində qalmışam. Buna səbəb uzun illərdir ki, işsiz qalmağım, heç bir yerdə işə götürülməməyim və təzyiqlərlə üzləşməyimdir. Azərbaycan Konstitusiyası vətəndaşına işləmək, yaşamaq, istirahət hüququ verir. Təəssüflə deməliyəm ki, bu hüquqlar real həyatda mənim üçün mövcud deyil. Odur ki xarici ölkələrdən siyasi sığınacaq istəyirəm?. MIA-nın xəbərinə görə, bu bəyanatla mərhum prezident Heydət Əliyevin qonşusu Həsən Şıxəliyev çıxış edib. O bildirib ki, son iki ayda Prezident Administrasiyasına dəfələrlə müraciət edib: ?17 dəfə müraciət etmişəm, amma bu günə qədər mənə rəsmi cavab verməyiblər. Ən acınacaqlısı budur ki, yazdığım məktublara cavab vermək haqqında belə düşünməyiblər. Bu vətəndaşa ehtinadsız münasibətin əyani sübutudur. Bu gün iqtidar müxalif düşüncəli insanları sanki blokadada saxlayır. Dövlət idarələrində işə düzəlmək üçün hökmən hakim partiyanın üzvü olmalısan. Böyük holdinqlər isə oliqarx məmurlara və ya onların ailə üzvlərinə məxsusdur. Təbii ki, müxalif düşüncəli insanlar bu struktura işə götürülmür. Nisbətən kiçik şirkətlər isə qorxduqları üçün müxalif fikirli insanları yaxına buraxmırlar. Özümün isə maddi imkanım yoxdur ki, iş quram. Bir dəfə buna cəhd etsəm də, imkan verilmədi. Nəticədə vəziyyətim bir qədər də pisləşdi?. Həsən Şıxəliyev əlavə edib ki, mərhum Heydər Əliyevlə Naxçıvanda yaxın qonşu olmaqla yanaşı, sıx münasibətdə olub: ?Dəfələrlə H.Əliyevin Moskvadakı mənzilində olmuşam. Naxçıvanda olduğum müddətdə ona baş çəkmişəm və tapşırıqlarını yerinə yetirmişəm. Amma bu gün 1990-cı illərdə Heydər Əliyev siyasətinə qarşı çıxan və indi onun hakimiyyətində təmsil olunanlar adicə bir məktubuma cavab vermək istəmirlər. Mən nə vəzifə, nə də məqam istəyirəm. Sadəcə olaraq regionun lider dövlətinin vətəndaşına layiq şəkildə yaşamaq istəyirəm?. Xatırladaq ki, Həsən Şıxəliyev Böyük Quruluş Partiyasının (BQP) Naxçıvan Təşkilatının sədri olub. Həmçinin 2010-cu il parlament seçkilərində bu partiyanın Naxçıvan Şəhər 4 saylı seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Ancaq partiya rəhbəri bu dairədən YAP-ın namizədini açıq dəstəklədiyi üçün BQP-dən istefa edərək İctimai Palataya daxil olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA