Falkao atdı, "Atletiko" (Madrid) Avropa Liqasının finalını qazandı

img

10-05-2012 [01:37]


Rumıniyanın paytaxtı Buxarestdə baş tutan Avropa Liqasının final qarşılşmasında İspaniyanın iki komandası - "Atletiko" (Madrid) və "Atletik" (Bilbao) klublarının mücadiləsi Madrid klubunun qələbəsi ilə başa çatıb. İki il öncə finalda İngiltərənin "Fulhem" klubunu üstələyən Madrid təmsilçisi eyni uğuru bu dəfə də Bilbao klubunun üzərində təkrarlayıb ? 3:0. Bu mövsüm 40 milyon avroya Madrid klubuna transfer olunan Falkao 7-ci dəqiqədə və 26-cı dəqiqələrdə vurduğu qollarla komandasının kuboku qazanmasında önəmli rol oynayıb. Falkao bu qolları ilə Avroliqada 13 qolla, həm də bombardir adını qzanıb. 84-cü dəqiqədə isə Dieqo son qola müəlliflik edib. Onu da qeyd edək ki, 2-ci qolun ötürməsini Türkiyə mili komandasının üzv Arda Turan verib. Bu qələbə ilə Madrid klubu 4-cü dəfə bu mötəbər yarışın kubokunun sevincini yaşayıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA