Polislər mitinqə görə meriyanın ətrafını "mühasirə"yə alıblar (Yenilənir)

img

07-05-2012 [11:29]


Xəbər verildiyi kimi, bu gün İctimai Palata Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirəcək. Piket üçün BŞİH-yə bir həftə əvvəldən müraciət edilsə də, İP-ə mənfi cavab verilib, 6 maya təyin olunmuş mitinqlə bağlı müraciətə verilən cavab məktubunda 7 mayda piket keçirilməsinin məqsədəuyğun olmadığı yazılıb. Əməkdaşlarımızın şəhərin mərkəzi hissəsindən verdikləri xəbərə görə, artıq polis qüvvələri Fəvvarələr bağından tutmuş Bakı Şəhər İcra Hakimiyyətinin yerləşdiyi küçəyə qədər bir çox küçələri nəzarətə götürüb. Müxalifətin etiraz piketinin qarşısını almaq üçün çox sayda polis qüvvələri səfərbər olunub. Onu da qeyd edək ki, müxalifət piketin nə vaxt, günün hansı saatında keçiriləcəyi barədə məlumat açıqlamayıb. Bununla belə, güman olunur ki, aksiya saat 12 radələrində baş tuta bilər. (Müsavat.com) Artıq İctimai Palatanın bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında təyin etdiyi aksiya başlayıb. "Yeni Müsavat"ın reportyoru Emil Salamoğlunun verdiyi xəbərə görə, "İçərişəhər" metrostansiyasından Sabir bağına gedən yolda 100-dən artıq müxalifət fəalı "Azadlıq" və "İstefa" şüarları səsləndirərək hərəkət ediblər. Onlar BŞİH-in müxalifətə şəhərin mərkəzi hissəsində mitinq-yürüş keçirmək üçün yer ayırmamasına etiraz edirlər. Fərahim İlqaroğlunun verdiyi xəbərə görə, polis qüvvələri və mülki geyimli şəxslər aksiya iştirakçılarının qarşısını kəsib, onlara fiziki zor tətbiq ediblər. #601;r

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA