Bakıda ?Azərbaycan 2020: inkizafın yeni hədəfləri? mövzusunda konfrans

img

05-05-2012 [02:13]


Yeni Azərbaycan Partiyası mayın 5-də ?Gülüstan? sarayında partiyanın yaradıcısı, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı ?Azərbaycan 2020: inkişafın yeni hədəfləri? mövzusunda konfrans keçirir. Prezident Administrasiyasının məsul işçilərinin, nazirlərin, dövlət komitələrinin, şirkətlərin və agentliklərin rəhbərlərinin, Milli Məclisin deputatlarının, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə YAP sədrinin müavini - icra katibi, parlamentin deputatı Əli Əhmədov açmışdır. Sonra Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev konfransda geniş məruzə ilə çıxış etmişdir. Konfrans işini bölmə iclaslarında davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA