Amnesty International: ?Azərbaycanda 18 vicdan məhbusu var?

img

03-05-2012 [06:04]


?Amnesty İnternational? təşkilatı Azərbaycanda 18 vicdan məhbusunun olduğunu bəyan edib. Qurum açıqlamasında həmiş şəxslərin ötən il tutulan fəallar, bu il həbs olunan, məhkum edilən hüquq müdafiəçiləri və jurnalistlər olduğunu bildirib ?Amnesty İnternational? daha əvvəl Müsavat Partiyasının üzvləri Arif Hacılı, Tural Abbaslı, Ülvi Quliyev, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, AXCP üzvləri Məhəmməd Məcidli, Elnur Məcidli, Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Şahin Həsənli, gənc fəal Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərlini vicdan məhbusu sayır, dərhal azadlığa buraxılmasını istəyirdi. İndi bu siyahıya hüquq müdafiəçiləri Taleh Xasməmmədov və Oqtay Gülalıyevin, jurnalistlər Ramin Bayramov və Anar Bayramlının adları əlavə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA