Müxalifətin piketinə icazə verilmədi

img

03-05-2012 [05:39]


Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mayın 7-də meriyanın qarşısına təyin etdiyi piketə icazə verməyib. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı ?Media forum? saytına bildirib ki, meriya piketə icazə verilməməsini İctimai Palatanın mayın 6-da keçirməyi planlaşdırdığı mitinqlə əsaslandırıb: ?Mitinqin 20-ci sahədə keçirilməsini təklif ediblər. Piketlə bağlı cavab məktubunda isə yazıblar ki, mitinqlə piketin şüarları eynidir. Meriya hesab edir ki, ona görə də piket keçirilməsinə ehtiyac yoxdur. Amma Bakı Şəhər İcra Hakimiyyətinin cavabı qanunsuz və absurddur. Çünki mitinqlə piket ayrı-ayrı günlərdə keçiriləcək. Bundan başqa aksiyaların şüarları da tamamilə ayrıdır və üst-üstə düşmür. Mitinqdə ?Yeni parlament seçkiləri?, ?Qarabağa azadlıq?, ?Siyasi məhbuslara azadlıq?, ?Sərbəst toplaşmaq azadlıqları təmin edilsin?, ?Əmanətlər birə-bir qaytarılsın?, ?Əmlakımıza toxunmayın?, ?Korrupsiya və rüşvətxorluğa son? şüarları səsləndiriləcək. Piket isə Bakı Şəhər İcra Hakimiyyətinin sərbəst toplaşmaq azadlığı qanunu pozmasına etiraz olaraq keçiriləcək və şüarlar da bununla bağlıdır?. Meriyanın qarşında piket olub-olmayacağına İctimai Palatanın Koordinasiya Şurasının mayın 4-də keçirilən toplantısında qərar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA