Meriya ictimai Palataya cavab verdi

img

03-05-2012 [04:26]


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) mayın 6-na təyin etdiyi yürüş-mitinqlə bağlı məktubuna rəsmi cavab verib. Bu barədə Müsavat Partiyasından verilən məlumata görə, Bakı Meriyası cavab məktubunda İctimai Palatanın yürüş-mitinqinin yenidən Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib. İcitmai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqə gedib-getməməsi ilə bağlı bildirilib ki, məsələ Koordinasiya Şurasının mayın 4-də keçiriləcək iclasında müzakirə olunacaq və müvafiq qərar veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA