Qarabağ Azadlıq Təzkilatı bəyanat verdi

img

02-05-2012 [03:29]


Bu gün Qarabağ Azadlıq Təşkilatı Azərbaycanın BMT Təhlükəsizlik Şurasında sədrlik səlahiyyətlərinin başlaması ilə bağlı bəyanat verib. Bəyanatda Qarabağ məsələsinin ədalətli həlli üçün maksimum istifadə etməli olduğu bildirilib: ?İşğal faktı göz qabağındadır, bu, artıq heç bir beynəlxalq təşkilatda, ayrı-ayrı dövlətlərdə heç bir şübhə doğurmur. Məsələnin rəsmiləşdirilməsi üçün ciddi səylərin göstərilməsinə ehtiyac vardır. Ona görə də Azərbaycan sədrlik postunun verdiyi əlavə imkanlardan yararlanmalı və dərhal Təhlükəsizlik Şurasında Ermənistanın işğalçı dövlət kimi tanınması, işğal olunmş ərazilərdən qeyd-şərtsiz çıxması ilə bağlı məsələni qaldırmalıdır. Azərbaycanın bu məsələni qaldırmağa tam haqqı var. Biz heç kəsin torpağını işğal etməmişik, heç kəsin qarşısında günahımız yoxdur. Biz tapdalanmış haqqımızı tələb edirik. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, BMT Baş Assambleyasının uyğun qərarı, Avropa Birliyinin, ATƏT-in və Avropa Şurasının qəbul etdiyi qətnamələr bizə bu haqqı verir. Burada ləngiməyin, tərəddüd etməyin heç bir mənası yoxdur. Yalançı təvazükarlığın, mənasız diplomatik etiketlərin gözlənilməsinin də yeri deyildir. Məsələ heç nəyə baxılmadan dərhal və kəskin şəkildə qoyulmalıdır. Əgər məsələ BMT Təhlükəsizlik Şurasına çıxarılmayacaqsa, uyğun qərar əldə olunmayacaqsa, onda bizim oradakı üzvlüyümüzün və ya sədrliyimizin heç bir mənası yoxdur. Özümüzü yalançı görüntülərlə, boş iftixar hissləri ilə aldatmamalıyıq. Bizim üçün vacib olan hardasa sədr olmaq deyil, torpaqlarımızın işğaldan azad olunmasıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA