ilqar Alay: "Müxalifəti azağılamaq tendensiyası kənara qoyulmalıdır"

img

01-05-2012 [10:00]


Ölkədəki ümumi kriminogen durum barədə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist, tədqiqatçı-analitik İlqar Altay Müstəqil İnformasiya Agentliyinə müsahibə verib. [b]- İlqar bəy, son vaxtlar deyəsən ölkədə kriminal durum gərginləşmək üzrə gedir. MTN-in apardığı əməliyyatlar, ölümlü avtoqəzalar çoxalır. Son anda Sumqayıtda yeniyetmələrin oğurlanıb daxili orqanlarının çixarilması xəbərləri nə dərəcədə mümkün görünür. [/b] - Hər ölkənin öz xarakterinə uyğun kriminal durum səviyyəsi var. Cinayət hadisələri var ki, bir ölkədə həmişə baş verir, amma başqa və hətta eyni regiondakı qonşu ölkədə rast gəlinmir. Azərbaycanda şükür ki, vəziyyət o həddə çatmayıb ki, insanları oğurlasınlar və üstəlik daxili orqanlarını çıxarıb buraxsınlar. Bu səbəbdən, Sumqayıt xəbərləri inandırıcı görunmür. [b]- Od olmayan yerdən tüstü çıxmaz deyərlər. Yəqin ki, ölkəyə yayılmış Sumqayıt xəbərlərinə də hansısa əsas olub. [/b] - Bilmirəm, bu xəbərlər nəyin üzərində qurulur. 2010-cu ildə orqan alveri mafiyasının ?qara transplantasiya? kodu altında apardığı insan orqanı alveri cinayətlərini müstəqil araşdirdım. Mafiyanın mərkəzi Ukraynada, Kiyevdə yerləşirdi və dairəsi bir sıra ölkələri əhatə edirdi. O cümlədən Bakını da əhatə etmişdi. Bu barədə KİV-də xeyli hesabatlarım, açıqlamalarım oldu. Bir mütəxəssis kimi sizə bildirim ki, bu cür cinayətlər cox çətinliklə həyata keçirilə bilir. [b]- Çətinlik nədən ibarətdir? Mafiyanın deyirlər axı, əli uzundur. [/b] - Bunun üçün xüsusi hazırlıqlı mütəşəkkil çoxitisaslı qrup olmalıdır. İnsanı oğurlamaq bir çətinlikdir. Orqan çıxarılması ondan da çətindir. Bunun üçün xüsusi həkim-cərrahlar lazımdır və hər cərrah da bunu bacara bilməz. Ondan sonra həmin çıxarılmış orqanların konservləşdirilməsi, daşınması, reallaşdırılması, satılması, başqa şəxsə köçürülməsi və sair. Hər şeyin total nəzarətdə olduğu Azərbaycanda belə genişmiqyaslı və genişspektrli cinayətlər törətmək çətin məsələdir. Göründüyü kimi həmin Sumqayıt xəbərləri hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarında da təsdiqini tapmadı. [b]- O vaxtlar ?qara transplantasiya? əməliyyatının araşdırılmasında Ukraynadan istintaq qrupu da gəlmişdi. Azərbaycanda bir şox klinikaların adı hallanırdı həmin əməliyyatların aparılması məsələsində. Ancaq, nədənsə, yalnız ABU klinikası üzərində istintaq aparıldı. O iş də deyəsən, Beynəlxalq Universitetin rektoru Elşad Abdullayevə qarşı aparıldı. [/b] - Mən açığı, güman etmirəm ki, Elşad Abdullayev bu məsələ ilə əlaqəli olub və yaxud iştirak edib. Çünki o həmin klinikanın fəaliyyətinə qarışmırdı. Ondan çoxdan bütün səlahiyyət və imkanlar alınmışdı. Donorların başqa ölkələrdən gətirilərək, beynəlxalq normalara zidd qanunsuz olaraq ABU klinikasında orqanlarının çıxarılması konkret azərbaycanlı işbazların vasitəsilə həyata keçirilib. [b]- Bəs başqa klinikalar? Həmin əməliyyatlarin keçirilməsi məlumatlara görə bir sıra digər klinikalarda da olub axı. Hətta bəzi qəzetlərin əməkdaşları bu işin izinə düşüb konkret klinikalara kimi gedub çixmışdılar. [/b] - Məsələn, hansı klinikaya çıxılmasını nəzərdə tutulur? [b]- Məsələn, ?Neftçilər? xəstəxanasına. Mətbuatda da bu barədə davamlı olaraq dərc olundu. [/b] - Doğrudur o zaman rəsmi araşdırma ABU klinikasından daha geniş istigamət götürmədi. Heç, Ukraynalı istintaqçılar da Bakıdakı təhqiqatlarında daha dərinə getmədilər. Onlara mafiyanın Azərbaycandakı fəaliyyəti barədə konkret sübut, fakt lazım idi, onunla da ABU timsalında kifayətləndilər. [b]- Bəs sizin müstəqil araşdırmanız? O da deyəsən heç ABU klinikasından o tərəfə getmədi. Hər halda sizin mətbuatda çoxsaylı çıxışlarınızdan belə məlum oldu. [/b] - Mənim həmin araşdırmam beynəlxalq səviyyədə idi. Əsasən Ukraynada kök salmış və əsas təşkilatçıları İsraildən olan mütəşəkkil cinayətkar qrup barədə idi. Xüsusilə, Bakı üzərində deyildi. Ona görə mən də bununla kifayətləndim və hesabatlarım ingilis dilinə tərcümə olunub yayıldı. Niyə kifayətləndim bu başqa sualdır? Bilirsiniz, bu neçə illərdə boş oturmamışıq. Ölkədəki bir sıra kriminal xarakter daşıyan hadisələri, pozuntuları müşahidə və analiz edib araşdırmışıq. Elə proseslər olur ki, onlar bir ölkədə baş verir, amma nəticəsində beynəlxalq əhəmiyyətli skandal yarada da bilir. Onların üzərində dərindən dayanmaq Azərbaycanın imicinə beynəlxalq aləmdə ciddi zərər vura bilər. Özü də həmin ölkənin tədqiqatçısı tərəfindən. [b]- Söhbət hansı beynəlxalq konflikt əhəmiyyətli pozuntulardan gedir? [/b] - Məsələn, ?Qara transplantasiya?, yəni, başqa ölkələrdən aldadılmış insanların Bakıya gətirilib bədən orqanlarının kəsilib çıxarılması. Avropadan oğurlanmış bahalı maşınların Azərbaycana keçirilib leqallaşdırılması. Azərbaycan üzərindən, ərazisindən narkotranzit kimi istifadə olunması. Başqa bu kimi proseslər barədə çox dərinə getmək olmur. Çünki ortada ölkənin imici, vətənpərvərlik məsələsi gəlir dayanır. [b]- Qarşıdan Bakıda keçiriləcək növbəti ?Eurovision? müsiqi tədbiri gəlir. Bütün dünyadan Azərbaycana toplaşacaq böyük kütlə axınının təhlükəsizliyinə sizcə bizim hüquq-mühafizə orqanlarımız təminat verə biləcəklərmi? [/b] - Bizim hüquq-mühafizə orqanlarının fəaliyyəti, çalışqanlığı impulsivdir. Yəni müxtəlif zaman və situasiyalardan asılı olaraq fərqli səviyyədə olur. Onların fəaliyyət dinamikası və intensivliyi əsasən ganuni vəzifə borclarından yox, yuxarının tapşırıqlarından asılıdır. Hətta bu çalışqanlıq tapşırıq instansiyası səviyyəsindən asılı olaraq fərqlidir. Heç şübhə yoxdur ki, bizim təhlükəsizlik sistemi ən yüksək səviyyədə bu möhtəşəm və məsuliyyət tələb olunan tədbirə hazırlıq tapşırığı alıb. [b]- Yəni 1 nömrəli hazırlıqdan söhbət gedir... [/b] - Çünki burada söhbət Azərbaycanın imicindən gedir, nə dərəcədə sabit və təhlükəsiz dövlət olmasından, qurulmasından gedir. Gələcək bu cür tədbirlərin bu ölkədə intesniv keçirilə bilməsi perspektivindən gedir. Burada təhlükəsizlik organları çalışmalıdırlar ki, Azərbaycanı istəməyən qüvvələrin təxribatlarına qarşı qətiyyət göstərsin. Eyni zamanda həmin organlar yüksək peşəkarlıq mədəniyyəti göstərib insan hüquqları və demokratiya qaydalarını pozmasınlar. [b]- Bəs müxalifətin kütləvi tədbirlər keçirməsinə yaradılan əngəllər, belə dünyəvi tədbirin ərəfəsində vicdan məhbuslarının həbsdə saxlanması necə, bu tədbirin ruhuna uyğun gəlirmi? [/b] - Mənim fikrimcə tədbir ümumazərbaycan məsələsi olduğu üçün bütün ictimai-siyasi ziddiyyətlər bu dövrdə kənara qoyulmalıdır. Hakimiyyət opponentləri, siyasi müxalifət və həm də tənqidçilər qərəzçilik və fürsətçiliyi kənara qoymalıdırlar. Ancaq hakimiyyət özü də öz addımları və münasibəti ilə buna şərait yaratmalıdır. Ölkənin xalqına hörmət edirsə, onun həqiqi müxalifətini aşağılamaq tendensiyasını kənara qoymalıdır. Sərbəst toplaşma hüququna hörmət etməlidir. [b]- Müxalifət çətin ki, bir daha başıbəlalı 20-ci sahəyə toplaşsın. [/b] - Kütləvi tədbirlərə layiqli məkanda imkan verilməlidir, rişxəndə layiq yerlərdə yox. Xüsusən də bütün vicdan məhbusları bu tədbir ərəfəsi azadlığa buraxılmalıdırlar. Əks halda, ?Eurovision? tədbirinin heç bir mədəni-humanitar effekti olmayacaq. Əksinə, bu, hakimiyyətə də, ölkəyə də başağrılı problemlər yaradacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR