ictimai Palata mitinqlə bağlı ATƏT-ə müraciət edəcək

img

30-04-2012 [01:51]


İctimai Palata 6 may normal yerr ayrılması üşün ATƏT-in Bakı Ofisinin rəhbərinə müraciət edəcək. Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın bu gün keçirilən mətbuat konfrasında deyib ki, İP-in Koordinasiya Şurasının rəhbərliyi yaxın günlərdə məsələ ilə bağlı ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqayla görüşəcək. Görüşdə 6 may mitinqinə normal yer ayrılması məsələsinin müzakirə olunacağı bildirilib. İ.Qəmbər hesab edir ki, K.Tarqay hakimiyyət nümayəndələri ilə görüşüb bu məsələni həlli üçün danışıqlar aparacaq. Qeyd edək ki, İctimai Palatanın bu gün keçirdiyi mətbuat konfransında Rafiq Manaflı və Müsavat başqanı İsa Qəmbər çıxış edib. Konfransda 6 may mitinqinə yer ayrılması məqsədilə danışıqlar aparmaq üçün İP üzvləri Mehriban Vəzir, Vidadi Mirkamal və Qələndər Muxtarlıdan ibarət komissiya yaradıldığı bildirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA