"Rəvan" "Kəpəz"i viran etdi, ?Turan? isə müvazinətini qorudu

img

28-04-2012 [11:03]


Bu gün Unibank Premyer Liqada 30-cu turun oyunlarına start verilib. Turun ilk oyun günündə baş tutan iki qarşılaşma bir çox parametrlərinə görə yadda qalan olub. Günün ilk oyunu Tovuzda baş tutub və ?Turan? ?Sumqayıt?ı qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 59-cu dəqiqədə ?Sumqayıt?dan Orxan Əliyev açıb. 10 dəqiqə sonra isə ?Turan?dan Aleksandr Qoqoberişvili fərqlənib. O, penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla da ?Sumqayıt? sona 2 tur qalmış Premyer Liqanı tərk etmək ilə vidalaşmaq təhlükəsini artırıb. Hazırda 21 xalı olan ?Sumqayıt? ən yaxın təqibçisi olduğu ?Turan?dan 4 xal geridə qərarlaşıb. Günün digər oyunu isə ?Dalğa Arena?da keçirilib. ?Rəvan? evdə ?Kəpəz?i viran edib ? 5:1. Hesabı 24-cü dəqiqədə Nemanya Vidakoviç açıb. 42-ci dəqiqədə ?Kəpəz?in yeni transferi Eslam Mesallah qırmızı vərəqə alıb. 56-cı dəqiqədə Kristian Torres, 71-ci dəqiqədə Ramazan Abbasov fərqlənib. 4 dəqiqə sonra Yuri Fomenko fərqi azaltsa da, 84 və 90+3-cü dəqiqələrdə Ramazanla Torres dubllarını rəsmiləşdiriblər.Turnir cədvəlinin qonşu pillələrində qərarlaşan komandaların duelindən məğlub ayrılan ?Gəncə? işini xeyli çətinə salıb. Rəqibini 5:1 hesabı ilə darmadağın edən "Rəvan" isə xalını 37-yə yüksəldib. Oyundan sonra açıqlama verən ?Gəncə?nin baş məşqçisi Fuad İsmayılov məğlubiyyətlərini ?qara ləkə" adlandırıb: "Bu məğlubiyyət bizim üçün qara ləkədir. Çətin ki, yaddaşlardan silinsin?. ?Rəvan?ın qalib baş məşqçisi Bəhmən Həsənov isə oyuna yaxşı hazırlaşdıqlarını və bunun da səmərəsini gördüklərini dilə gətirib: ?Oyuna yaxşı köklənmişdik. Nəticəsini də gördük. Qələbəyə görə komandama təşəkkür edirəm. ?Kəpəz?ə də uğurlar arzulayıram?. Qeyd edək ki, 30-cu turun qalan görüşləri sabah keçiriləcək. 17:00. "Qəbələ" - "Bakı" 17:00. "Neftçi" - "Qarabağ" 18:15. AZAL - "Simurq" 19:00. "İnter" - "Xəzər Lənkəran"

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA