6 may mitinqi haqda qəti qərar verildi

img

27-04-2012 [05:51]


İctimai Palata mayın 6-na təyin olunan yürüş-mitinqlə bağlı qərar verib. Koordinasiya Şurasının aprelin 27-də keçirilən iclasında mitinqə yer ayrılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət qərarı çıxarılıb. Aksiyanın mayın 6-da saat 16-dan 18-dək Bakıda, bu ünvanlardan birində keçirilməsi haqda qərar qəbul olunub: - Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindən - keçmiş ?İnqilab? kinoteatrının qarşısından başlayaraq Süleyman Sani Axundov küçəsindən keçməklə metronun ?Dərnəgül? stansiyasının dəmiryoluna tərəf çıxışınadək; - Nizami rayonunun 8-ci kilometr qəsəbəsindən - Azər Manafov küçəsinin əvvəlindən başlayaraq ?Təbriz? kinoteatrının qarşısındakı meydanadək; - Nərimanov rayonunun Təbriz prospekti ilə kəsişməsindən başlayaraq Əliyar Əliyev küçəsi ilə keçməklə ?Nərimanov? parkınadək. Yürüş-mitinq ?Yeni parlament seçkiləri?, ?Qarabağa azadlıq?, ?Siyasi məhbuslara azadlıq?, ?Sərbəst toplaşmaq azadlıqları təmin edilsin?, ?Əmanətlər birə-bir qaytarılsın?, ?Əmlakımıza toxunmayın?, ?Korrupsiya və rüşvətxorluğa son? şüarları ilə keçiriləcək. Mitinq məsələləri ilə məşğul olmaq üçün Koordinasiya Şurasının üzvləri Vidadi Mirkamal, Mehriban Vəzir və Qələndər Muxtarlıdan ibarət komissiya yaradılıb. Mayın 1-də isə Koordniasiya Şurasının üzvləri Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçirib mitinqlə bağlı sualları cavablandıracaqlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA