Avropa Liqasında ispanlar "döyüzəcək"

img

27-04-2012 [11:37]


Avropa Liqasında yarımfinal mərhələsinə dünən yekun vurulub.İspaniyanın iki təmsilçisi Valensiyada üz-üzə gəlib. Burada yerli "Valensiya" klubu Madrid "Atletiko"su ilə qarşılaşıb. İlk görüşdə 2:4 hesabı ilə uduzan "Valensiya" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqdı. Lakin bu oyunda da qələbə qazanan Madrid təmsilçisi finala yüksəlib - 1:0. Digər oyun da İspaniyada keçirilib. Burada yerli "Atletik" (Bilbao) klubu Portuqaliyanın "Sportinq" komandası ilə münasibətlərinə aydınlıq gətirib. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan Bilbao təmsilçisi bu görüşdə mütləq qələbə qazanmalı idi. Rəqibini 3:1 hesabı ilə məğlub edən "Atletik" finala yüksələn növbəti komanda olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:19 11.03.2026

Onlar indi hardadır?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA