Qənirə Pazayeva Strasburqda azərbaycanlı və türk tələbələri ilə görüzdü

img

26-04-2012 [04:50]


Qənirə Paşayeva qurumun Strasburqda keçirilən yaz sessiyası çərçivəsində Strasburq universitetinin Avropaşünaslıq fakültəsində təhsil alan azərbaycanlı və türk tələbələri ilə görüş keçirib. Görüş Strasburqda yeni yaranmış ?AJAS? (Strasburqdakı Azərbaycanlı Gənclərin Assosiasiyası) tələbə təşkilatı və Fransa Türk tələbələri Konqresi tərəfindən birgə təşkil olunub. Millət vəkili azərbaycanlı və türk tələbələrinin qarşısında çıxış edərək, Azərbaycanın Avropa Şurasına üzvlüyünün əhəmiyyəti və bu qurumdakı 10 illik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsi və bu Dağlıq Qarabağ həqiqətlərinin Avropa cəmiyyətlərinə düzgün şəkildə çatdırılması, Türkiyə-Azərbaycan münasibətləri və eləcə də Avropadakı Azərbaycan və türk təşkilatlarının birgə diaspor fəaliyyətinin zəruriliyi haqda danışıb. Bundan başqa Q. Paşayeva Strasburqda azərbaycanlı tələbələrin yeni yaratdıqları ?AJAS? təşkilatına və onun sədri Fuad Məmmədova uğurlar arzulayıb və xaricdə azərbaycanlı gənclərin təşkilatlanmasını vacib olduğunu vurğulayıb. O, xaricdəki güclü erməni diasporasına qarşı fəaliyyətin və Türkiyə ilə Azərbaycanın maraqlarının xaricdə yaşayan hər bir azərbaycanlının və türkün, xüsusən də gənclərin ən başlıca vəzifəsi olduğunu bildirib. Daha sonra Qənirə Paşayeva azərbaycanlı və türk tələbələrin suallarını cavablandırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA