Azərbaycanlı gənclər Avropada

img

25-04-2012 [02:48]


Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avropa Gənclər Forumunun növbəti Üzvlər Məclisində iştirak edib. ARGTMŞ-nın mətbuat xidmətindən MIA-yaya daxil olan məlumata görə, Brüsseldə Avropa Gənclər Forumu (AGF) öz növbəti Üzvlər Məclisini keçirib. Məclisdə AGF-nın bütün Avropa ölkələrindən olan üzv təşkilatları, o cümlədən Gənclər Təşkilatları Milli Şurası da təmsil olunub. Məclis zamanı ARGTMŞ İnternet İdarəçilik Forumu çərçivəsində Yeni Media ilə bağlı olan gənclər tədbirinin keçirilməsini AGF-nın üzv təşkilatları ilə müzakirə edib. Müzakirə zamanı vurğulanıb ki, Yeni Media gənclərin ictimai iştirakını artıran əsas mexanizmlərdən biridir və belə tədbirlərdə Avropadan olan fəal gənclərin iştirakı vacibdir. Qeyd edək ki, Avropa Gənclər Forumu (AGF) Avropanın 100 gənclər təşkilatını birləşdirən aparıcı gənclər platformasıdır. ARGTMŞ 2000-ci ildən Avropa Gənclər Forumunun yeganə tam hüquqlu üzvüdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA