Ziyafət Əsgərov xarici diplomatların müxalifətlə görüzündən danızıb

img

25-04-2012 [12:55]


Azərbaycan Parlamentinin birinci vitse-spikeri Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara müraciət edib. ?Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara müraciət edirəm, əgər bəzi müxalifət liderləri ilə görüşlər ölkədə bərqərar olan ictimai-siyasi sabitliyi pozmağa xidmət edirsə, bu, bilavasitə Azərbaycanın daxili işinə qarışmaqdır?, - bunu aprelin 25-də jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib. Onun sözlərinə görə, onlar Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə əlaqədar söhbət edirlərsə, əlbəttə bu, diplomatiya statusuna sığan məsələ deyil və etikadan kənardır. ?Biz bu məsələyə biganə qala bilmərik. Diplomatların müxalifətlə görüşünə faciə kimi baxmırıq. Amma onlar niyə bu insanlarla görüşür, başqa kateqoriyadan olan insanlarla görüşmürlər? Nə üçün onlar Azərbaycanın 1 milyondan artıq məcburi köçkün və qaçqınları ilə görüşmürlər? Azərbaycanın sabitliyini pozmağa meyl edən qüvvələrlə görüşürlər. Deməli məqsəd həmin qüvvələri qızışdırmaqdır?, - Əsgərov bildirib. Aprelin 24-də 20-ə yaxın xarici diplomat İctimai Palata nümayəndələri ilə görüşüb. Avropa Şurasının Bakı ofisinin rəhbəri və Almaniyanın Azərbaycandakı səfiri də daxil olmaqla, toplantıda ATƏT-in Bakı nümayəndəliyi, ABŞ, Böyük Britaniya, İtaliya, Norveç və s. ölkələrdən olan diplomatlar iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA