Müsavata qurultay üçün yer verilmədi

img

24-04-2012 [10:24]


Müsavatın növbəti qurultayının keçirilməsi üçün müvafiq yer ayrılması məsələsi hələ də düyünə düşmüş şəkildədir. Bu dəfə Mədəniyyət Nazirliyi Opera və Balet Teatrının zalının partiyanın sərəncamına verilməsi barədə partiyaya imtina məktubu təqdim edib. Bu barədə musavat.com-a Müsavat başqanının müavini Tofiq Yaqublu məlumat verib. T.Yaqublunun sözlərinə görə, iki həftə öncə partiyanın başqanı İsa Qəmbərin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə ünvanladığı müvafiq müraciətə cavab almaq üçün bu gün o, nazirliyə gedib, orada ona imtina məktubu təqdim edilib. Xatırladaq ki, Müsavata qurultay üçün yer ayrılması dövlət qurumları arasında "ötür-ötür" oyununa çevrilib. Bakı Şəhər İcra Hakimiyyəti nazirlikləri ünvan olaraq göstərir, onlar isə yeri BŞİH-in ayırmalı olduğunu qeyd edirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA