ADP idarə Heyəti növbəti toplantısını keçirib

img

24-04-2012 [01:30]


gn=left]2010/adp_454750537.jpg[/libt] Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Tplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İctimai Palatanın təşkilat etdiyi 22 aprel mitinqinin nəticələrinə münasibət bildirən İdarə Heyəti üzvləri bu mitinqin əlverişsiz şəraitdə və hakimiyyətin hər cür basqısı altnda keçirilməsinə baxmayaraq müvəffəqiyyətlə başa çatmasını qeyd edib və mitinqlərin narazı elektoratı özündə əhatə edən daha geniş tərkibdə və mütəşəkkil qaydada davam etməsinin tərəfdarı olduğunu bildirib. Milli Məclisdə Siyasi Partiyalar Haqqında Qanunun qəbul edilməsinə münasibət bildirən partiya yetkililəri qanunun bu formada qəbul edilməsini demokratiyanın ana prinsiplərindən olan siyasi plürallığa zidd olduğunu, ölkədə təkpartiyalı siyasi sistemin yaradılmasına və bu qayda ilə əsas müxalif partiyaların sıradan çıxarılmasına xidmət etdiyini diqqətə çatdırıb və dövlət başçısını antidemokratik mahiyyət daşıyan bu qanuna imza atmamağa çağırıb. İdarə Heyəti üzvləri Sulutəpə yaşayış massivində Dövlət Neft Şirkəti əməkdaşlarının vətəndaşlara və hadisələri işıqlandırmaq istəyən jurnalistlərə qarşı etdiyi zorakılıqları qətiyyətlə pisləyib və ölkə başçısını bu vəhşilikləri törədən şəxslərin cəzalandırılması və sakinlərin mülkiyyət hüquqlarının qorunması istiqamətində zəruri addımlar atmağa çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar Azərbaycan hərbi hissələrində dinc şəraitdə baş verən ölüm hadisələrindən ciddi narahat olduğunu bildirib və bu hadisələrin cəmiyyətdə yaradılan ağır sosial gərginliklərdən və bu gərginliklərin hər bir fərddə yaratdığı psixoloji travnmalardan qaynaqlandığını diqqətə çatdırıb və hakimiyyəti ölkədə nizamın, sosial ədalətin və hərbi vətənpərvərliyin qorunmasına məsul olmağa çağırıb. İdarə Heyəti üzvləri İsrail Xarici İşlər Naziri A.Libermanın ölkəmizə səfərinin nəticələrinə münasibəıt bildirib və bu tipli səfərlərdə əldə edilən razılaşmaların təfsilatının xalqdan gizlin saxlanılmasını məqbul hesab etməyib və hakimiyyəti xarici siyasətin yalnız bir qrup kabinet işçilərinə məxsus olması barədə əski düşüncədən uzaqlaşmağa, daxili və xarici siyasətində şəffaf olmağa çağırıb. İdarə Heyəti üzvləri son vaxtlar Azərbaycan ərazisində yayımlanan ?Mir? televiziya kanalında məqsədyönlü şəkildə ölkəmizin əleyhinə verilişlər təşkil edilməsindən, milli adət ənənələrimizin, mətbəx mədəniyyətimizin qəsdən erməniləşdirilməsindən ciddi narahat olduğunu bildirib və hakimiyyəti ?Mir? televiziya kanalına vəsait ayırmaqdan imtina etməyə və onun ölkə ərazisində yayımlanmasının qarşısını almağa çağırıb. İdarə Heyəti ?Kür? Vətəndaş Qərargahının koordinatoru Oqtay Gülalıyevin saxta və qondarma ittihamla həbs olunmasını qətiyyətlə pisləyib, bu həbsi ölkədə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması kimi dəyərləndirmiş, hakimiyyəti siyasi sifarişlə həbs olunan şəxsləri, o cümlədən Oqtay Gülalıyevi dərhal azad etməyə çağırıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA