ViP-də müxalifətin yeni birliyi müzakirə edildi

img

21-04-2012 [03:27]


Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. VİP-in mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, iclasda partiyanın müvafiq strukturlarının təkmilləşdirilməsi və fəaliyyətinin gücləndirilməsinə dair Fəaliyyət Proqramı, partiyanın müxalifətdaxili inteqrasiya prosesində iştirakı və partiyanın yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə olunub. VİP-in müvafiq strukturlarının təkmilləşdirilməsi və fəaliyyətinin gücləndirilməsinə dair Fəaliyyət Proqramına Siyasi Şuranın ötən iclasında təklif edilmiş əlavə və düzəlişlər dəyərləndirilib. Bundan başqa, VİP Qadınlar və Gənclər təşkilatlarının yenidən formalaşdırılması, eyni zamanda, partiyanın Analitik Mərkəzinin yaradılması prosesinin sürətləndirilməsi məqsədəuyğun sayılıb. VİP sədri Əli Əliyev müxalifət qüvvələrinin bir arada olmasının zəruriliyini önə çəkərək, hazırda bu istiqamətdə ciddi addımlar atılmamasının təəssüf doğurduğunu qeyd edib. Ə. Əliyev VİP-in siyasi konfiqurasiyalarda iştirak prinsiplərini bir daha xatırladıb və partiyanın yer ala biləcəyi mümkün formatlar ətrafında əhatəli fikir mübadiləsi aparılıb. Daha sonra VİP, Azərbaycan Liberal (AYP) və Azərbaycan Yaşıllar (AYP) partiyalarına Ədalət Partiyası tərəfindən irəli sürülmüş əməkdaşlıq təklifi haqqında məlumat verilib. VİP Siyasi Şurasının iclasına dəvət olunmuş Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov irəli sürülmüş təklifin mahiyyətini açıqlayıb və bu çərçivədə ətraflı müzakirə aparılıb. İclasda daha sonra VİP-in yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə olunub və uyğun qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA