ADP vətəndazlara qarzı zorakılıqları dayandırmağı tələb etdi

img

20-04-2012 [01:50]


Azərbaycan Demokrat Partiyası Sulutəpə qəsəbəsində Dövlət Neft Şirkətinin məmurları və polis əməkdaşları tərəfindən dinc əhaliyə, o cümlədən mətbuat nümayəndələrinə qarşı tətbiq edilmiş zorakılıqları qətiyyətlə pisləyir, müxtəlif vaxtlarda və məkanlarda təkrarlanan bu cür hadisələri vətəndaşların Konstitusiya ilə təsbit olunmuş hüquqlarına qarşı düşünülmüş qəsd kimi qiymətləndirir. ADP bildirir ki, ölkə vətəndaşlarının konstitusion hüquqlarının və qanuni mənafelərinin tapdalanması ilə əlaqədar çoxsaylı faktların obyektiv araşdırılmaması və günahkar məmurların cəzalandırılmaması ölkəni fəlakətli qarşıdurmalara sürükləməkdədir. ADP hesab edir ki, hakimiyyətin ayrı-ayrı qurumlarının vətəndaş hüquqlarına bu cür etinasız və alçaldıcı münasibətinin bütün məsuliyyəti Respublika Konstitusiyası ilə əsas vəzifəsi vətəndaş hüquqlarının qorunması olan Respublika Prezidentinin və onun komandasının üzərinə düşür. ADP bir daha ölkə iqtidarını məsuliyyətini dərk etməyə, vətəndaşlara qarşı zorakılıq siyasətindən əl çəkməyə və zorakılıq aksiyasını təşkil edən və bilavasitə icra edən dövlət məmurlarını qanunun bütün gücü ilə ciddi cəzalandırmağa çağırır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA