Nazir Ziya Məmmədovun ortağı jurnalisti hədələyir

img

08-05-2012 [10:38]


Yeni Müsavat?ın 7 may tarixli sayında Hacıqabul və Kürdəmir rayonları ərazisində hazırda inşası davam edən Bakı-Qazax magistral yolunun tikintisini həyata keçirən ?Polat AŞ?nin işçilərinin kütləvi aksiyalara başlayacaqları barədə məlumat vermişik. Xəbərdə deyilir ki, nəqliyyat naziri Ziya Məmmədovun payçı olduğu ?Polat AŞ? və ?AYSİ? şirkətləri fəhlələrə çatmalı olan pulu mənimsəyib, onlara 5 aydır ki, maaş vermir. Mayın 7-də yazıda adı hallanan ?AYSİ? şirkətinin meneceri Yaşar Summer yazının müəllifi Fərahim İlqaroğluna zəng vuraraq onu hədələyib. Şirkət meneceri əməkdaşımıza bildirib ki, mayın 7-i saat 20:00-da ?İçərişəhər? metrostansiyası qarşısında olsun, elə oradaca məsələni həll edək. Əməkdaşımız deyir ki, həmin şəxsə dəfələrlə bildirib ki, əgər qarşı tərəf kimi mövqeyini bildirmək istəyirsə redaksiyaya gəlsin, şikayətini dinləyib dərc edək: ?Lakin, Yaşar bəy təklifimlə heç cür razılaşmadı. Axırda da dedi ki, əgər saat 20:00-da onun dediyi yerdə olmasam mənimlə başqa cür danışacaq. Onu da deyim ki, mayın 6-ı yazı çapa hazırlanarkən bir neçə dəfə ?AYSİ? şirkətinin meneceri Yaşar Summerin telefonunu tapmağa çalışdım, amma heç cür nömrəni əldə edə bilmədim. Yazı çap olunduqdan sonra 0124371210 nömrəli telefonla cib telefonuma zəng vuran şirkət meneceri hədə-qorxu gələrək məni təhdid edir?. Əməkdaşımız bildirdi ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Redaksiya olaraq bildiririk ki, əgər əməkdaşımız Fərahim İlqaroğlunun başına bir iş gəlsə, bunun sorumlusu ?Polat AŞ? və ?AYSİ? şirkətləri, o cümlədən Yaşar Summerin olacaq. Hər iki şirkətin yetkililərinə bildiririk ki, bu cür zorakı və qanunsuz cəhdlərdən çəkinsinlər, mövqelərinin qəzetdə çap olunması üçün sivil, qanuni vasitələrdən istifadə etsinlər. Musavat.som

Digər xəbərlər
SON XƏBƏRLƏR