AZXEBER.COM-un 2 yazı tamam oldu

img

19-04-2012 [02:47]


252;n Azxeber.com xəbər portalının 2 yaşı tamam olur. 2010-cu ilin aprel ayında təsis olunan portal bu gün Azərbaycanda minlərlə oxucunun oxuyub etibar etdiyi və ölkə ictimaiyyətinin ciddi informasiya resursu kimi qəbul etdiyi portallardandır. Portal hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın informasiya- müsahibələr, eksklüziv xəbərlər, publisistik materiallar yayımlayır. Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin ciddi mətbu orqanları tərəfindən istinad olunur. Portala gün ərzində 10-15 min arası İP-dən insan daxil olur. Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com həm də intellektual gəncliyin izlədiyi azsaylı informasiya saytlarından biri kimi tanınır. Portalda ?Gənclik? bölməsi yaradılıb ki, bu bölmə birbaşa Azərbaycan gəncliyinə həsr edilib. Azxeber.com heç bir şəxsin və ya qurumun maraqlarına xidmət etmir, heç kim tərəfindən maliyyələşdirilmir. Azxeber.com informasiya portalının rəsmi ?facebook? səhifəsini 52.000-dən çox insan bəyənib. Bu göstəriciylə sayt Azərbaycanda və MDB-də ən çox üzvü olan xəbər saytıdır. Qeyd edək ki, portal Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri Əfsələddin Ağalarov və Hacıbəy Heydərli tərəfindən yaranıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR