?Qəhrəmanlar unudulmur?adlı tədbir keçirib

img

30-05-2012 [05:08]


ı İnkişaf? Gənclər Təhsil Təlim Maarifləndirmə İctimai Birliyi Samux rayon gənclər və idman idarəsini dəstəyi ilə XXI əsrin ilk milli qəhrəmanı Eltun İsgəndərovun xatirəsinə həsr olunmuş ?Qəhrəmanlar unudulmur?adlı tədbir keçirib. Bu barədə MİA-ya daxil olan məlumatda qeyd olunur ki, tədbiri giriş sözüylə açan rayon gənclər və idman idarəsinin rəisi Elbrus Məmmədov son illər ölkəmizdə vətənpərvərliyin təbliği, gənclər arasında bu sahədə görülən maarifləndirici işlərdən danışıb. Tədbirin əhəmiyyətinə toxunan idarə rəisi ?Davamlı İnkişaf? GTTM-in bir QHT olaraq üzərinə düşən işin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdırıb: ?Həqiqətən belə tədbirlərin keçirilməsi çox təqdirəlayiqdir. Çünki Eltun kimi oğlanlar gənclərimiz, yeniyetmələrimiz üçün bir nümunədir. O əsrimizin ilk milli qəhrəmanıdır. Əgər Eltun dünənə qədər yalnız bir samuxluydusa, indi Azərbaycanın oğludur. Eltun, Mübariz, Ramil Səfərov, Fərid Əhmədov kimi gənclərin yetişməsinə böyük ehtiyacımız var. Bu insanların hərəsi bir tarixdir, öz qanlarıyla hərəsi bir tarix yazıb?. E.Məmmədov təmsil etdiyi qurumun hər zaman bu tip tədbirləri dəstəklədiyini vurğulayıb. O milli qəhrəmanla bağlı daha sonra bunları söyləyib: ?Eltun adi bir əsgər deyildi. Çünki qəhrəmanlar qəhrəman doğulurlar və onları qəhrəman analar doğur. O da qəhrəman doğulmuşdu, qəhrəmancasına da həlak oldu. Bilməyənlərin diqqətinə çatdırım ki, o 2009-cu ilin iyun ayının 28-də Dövlət Sərhədini pozan bir qrup cinayətkarla mübarizə zamanı həlak olub. 25 iyun 2009-cu il tarixdə prezident İlham Əliyevin sırıncamı ilə ?Aəzrbaycanın Milli Qəhrəmanı? fəxri adına layiq görülüb?. ?Davamlı İnkişaf GTTM İB-nin sədri Gülnarə Əmiraslanova isə çıxışı zamanı bir neçə təkliflə çıxış edib: ?Təklif edirəm ki, torpaqlarımızın müdafiəsi üçün canlnı fəda etmiş oğlanlarımız tək belə tədbirlərdə deyil, orta məktəb dərsliklərində, ali məktəb proqramlarında təbliğ olunsun. Çünki bu günün uşağı sabahın yeniyetməsi, bu günün yeniyetməsi sabahın gəncidir. Fikrimcə, adlarını çəkdiyimiz oğullarımız hər birimiz üçün nümunədir?. G.Əmiraslanovanın sözünə görə, qəhrəmanların təbliğin təkcə dövlətdən asılı olan məsələ deyil: ?Ən böyük inqilab insanın düşüncəsində başlayır. Biz də öz düşüncələrimizdə bu insanları daim yaşatmalıyıq. Bunun üçün dövlətin hansısa xüsusi proqram həyata keçirməsinə ehtiyac yoxdur. Əslində dövlətimiz qəhrəmanların ailələrinə kifayət qədər diqqətlə yanaşır. Qalır biz vətəndaşların bizi qoruyan, torpaqlarımızın müdafiəsi üçün canınını fəda edən qəhrəmanlarımızı düşüncələrimizdə, beynimizdə yaşatmaq kimi şərəfli borcu yerinə yetirməsi?. G.Əmiraslanova rəhbərlik etdiyi təşkilatın bu sahədə gələcək planlarına da toxunub: ?Bizim işimizin özəyi vətənpərvərlik, gənclər arasında vətəndaşlığın təşviqidir. Ona görə də yaxın gələcəkdə istər rayonmiqyaslı, istərsə də ölkə əhəmiyyətli tədbirlərimizdə bu mövzu bizim üçün əsas prioritetlərdən olacaq?. Tədbirin sonunda milli qəhrəmanın məzarı ziyarət edilib, ailəsinə baş çəkilib

Digər xəbərlər
SON XƏBƏRLƏR