Tahir Abbaslı: ?Hakimiyyət sosial narazılıqdan qaça bilməyəcək?

img

17-04-2012 [12:28]


?Rəhbərliyin son günlərdə icra başçısı dəyişdirmə prosesinə başlaması uğurlr variant deyil. Bu artan sosial narazılıqları yatırmaq üçün həyata keçirilir?. Bu fikri AİDP sədri Tahir Abbaslı prezidentin bir gündə 8 rayonun icra başçısını dəyişdirməsinə münasibət bildirərkən deyib. Onun fikrincə icra başçılarının bir rayondan başqa rayona keçirilməsi metod kimi uğurlu olsa da bu, Azərbaycanda uğurlu tətbiq olunmur: ?İlk növbədə onu deyim ki, bir rayonda əhalinin narazılığına səbəb olan bir şəxsin başqa rayona təyinatı heç də həmin bölgədə razılıqla qarşılanmır. Bundan başqa Azərbaycanda mövcud təcrübə belədir ki, icra başçıları yeni təyin olunduqları yerdə hər hansı iş görəndə ədalət prinsipinə əməl etmirlər. Bərpa işləri apararkən mütləq kimlərinsə, xüsusilə də kiçik sahibkarların maraqlarını tapdalayırlar. Bu işin arxasında pul qazanmaq istəyi də durur?. AİDP sədri hesab edir ki, bir rayonda uğur qazana bilməyən, işsizlik problemini aradan qaldırmayan, əhalidə qıcıq yaradan şəxslərin başqa rayona təyinatı eyni problemlərin həmin rayona daşınması deməkdir: ?Məncə ölkədə artan sosial narazılığın qarşısını bu yolla almaq mümkün deyil. Dövlət başçısı bu metdodan əl çəkib əhali arasında nüfuzu, hörməti olan insanları vəzifəyə gətirməlidir. Bu zaman müxalifət-iqtidar ayrı-seçkiliyi salınmamalıdır. Sosial narazılığı yatırmaq üçün yerdəyişmə metodundan deyil, sistemi dəyişəcək metodlardan istifadənin vaxtıdır. Əks təqdirdə hakimiyyət sosial narazılıqdan qaça bilməyəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA