AiDP sədri: ?iqtidar büdcədən pul almaq istəyən partiyaları öz əsirinə çevirəcək?

img

12-04-2012 [01:32]


?Hesab edirəm ki, siyasi partiyaların maliyyələşməsi ilə bağlı hakimiyyətin irəli sürdüyü layihə məni qane etmir. Bir mənalı şəkildə demək olar ki, bu layihə demokratik cəmiyyətin qurulmasına yönəlməyib. Hər bir qanun cəmiyyətin aktivləşməsinə xidmət eləməlidir. Amma bu təkliflər həmin prosesə xidmət etməyəcək?. Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) Tahir Abbaslı partiyalarıən maliyyələşməsi ilə bağlı hakimiyyətin irəli sürdüyü qanun layihəsinə mansibət bildirərkən deyib. Onun fikrincə, yalnız parlamentə düşən partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi ilk baxışdan partiyaların aktivliyinə xidmət edə biləcək təklif kimi görünsə də əslində təhlükəli bir məqamdır: ?Hesab edirəm ki, bu təklifin reallaşması siyasi qüvəllərin asılı vəziyyətinə düşməsinə, milli ideologiyadan sapmasına səbəb ola bilər. Hakimiyyət onsuz da partiyaları maddiyyat və digər vasitələrlə əlaltı etməkdə maraqlıdır. Bu təklif reallaşarsa iqtidar bunu asanlıqla edəcək. Yəni iqtidar büdcədən pul almaq istəyən partiyaların parlamentdə təmsilçiliyinə yol açmaqla öz əsirinə çevirəcək?. AİDP sədrinin fikrincə əgər hakimiyyət partiyaların maliyyələşməsində ayrı-seçkiliyə yol versə, özünə sərf edən təklifləri həyata keçirsə bu, kənarda qalan partiyaların xaricdən asılılığını artıracaq: ?Bu isə həm dövlətçiliyimiz, həm də hakimiyyətin özü üçün təhlükə mənbəyidir?. T.Abbaslının sözlərinə görə, irəli sürülən təkliflər, xüsusilə də parlament təmsilçiliyinə əsasən vəsait ayrılması ideyası gələcəkdə partiyalar arasında, nəticə etibarilə cəmiyyətdə münsibətlərin korlanmasına, uçurumun dərinləşməsinə səbəb olacaq. AİDP sədri hesab edir ki, bu məsələnin həllində uzaqgörənlik nümayiş etdirlməlidir. ?Bəs AİDP olaraq siz nə təklif edirsiniz? sualının cavabında T.Abbaslı deyib ki, irəli sürülən parlament təmsilçilyi, üzvlərin sayı məsələləri prosesin formalllaşmasına xidmət edir. Təcrübə göstərir ki, bu vasitə ilə cəmiyyətin inkişafında maraqlı olan, buna xidmət edən partiyaları, təşkilatları üzə çıxarmaq mümkün deyil: ?Belə olan şəraitdə cəmiyyətə, dövlətçiliyə xidmət edən təşkilatlar kölgədə qalır. İlk növbədə belə təşkilatlar gözardı olunmamalıdır. Hansısa təşkilatın üzvlərinin sayının çox olması onun cəmiyyətə xidmət səviyyəsindən xəbər vermir. Elə təşkilatlar var ki, üzvlərinin sayı çoxdur, amma heç bir iş görmür. Ona görə də biz təklif edirik ki, partiyalara maliiyə ayrlarkən onların cəmiyyətə, demokratiyaya, milli ideologiyaya, dövlətçiliyə verdiyi töhfələr nəzərə alınmalıdır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA