Seymur Orucov: "Azərbaycan gəncliyi müxalifətin mövqeyini qəbul etmir"

img

11-04-2012 [04:51]


?Azərbaycan gəncliyi müxalifət partiyalarının mövqeyini qəbul etmir və onları dəstəkləmir. Çünki müxalifət partiyaları gənclərimizə düzgün yol göstərmək imkanında deyil?. Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib. S.Orucov bildirib ki, gənclərimiz dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində aparılan siyasəti dəstəkləyir. Onun sözlərinə görə, bu gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir. ?Gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, mükəmməl şəkildə təhsil alaraq, müasir tələblərə cavab verən peşəyə sahib olması və onların ölkənin tərəqqisində fəal iştirak etməsi üçün məqsədyönlü iş gedir. Dövlət hər bir addımında gəncləri müdafiə etdiyini, dəstəklədiyini nümayiş etdirir. Belə bir halda onlar müxalifətin ölkəmizdə sabitliyi pozmağa yönəlmiş zərərli fəaliyyətini heç bir halda qəbul etmirlər. Nəzər salsaq görərik ki, müxalifət partiyalarında gənclər yox səviyyəsindədir. Həm 17 mart, həm də 8 aprel mitinqləri bu faktı bir daha təsdiqlədi. Təbii ki, AXCP, Müsavat kimi partiyaların gənclərdən çirkin məqsədlər üçün istifadə etməsi yolverilməzdir. Məhz gənc nəsil tutduqları sağlam mövqeləri ilə müxalifət düşərgəsinin layiqli cavabını verir?- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA