QAT Ramil Usubova müraciət etdi

img

11-04-2012 [03:25]


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı təşkilatın sədr müavini Gültəkin Quliyevanın maşınla vurulması, bu hadisəyə hüquq-mühafizə orqanları tərəfindən qərəzli yanaşmanın olması, hadisəni törədənlərin məsuliyyətdən qaçması cəhdləri ilə bağlı Daxili işlər naziri Ramil Usubova müraciət edib. QAT-ın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, müraciətdə Qarabağ müharibəsi əlilinə qarşı ədalətsizlik edildiyi bildirilib: ?Qarabağ Azadlıq Təşkilatının sədr müavini, Qarabağ müharibəsi iştirakçısı, II qrup Qarabağ müharibəsi əlili Gültəkin Əşrəf qızı Quliyeva 15 mart 2012-ci ildə Bakı şəhəri 20 yanvar dairəsi ərazisində yolun piyadalar üçün nəzərdə tutulan hissəsində 10 EU 010 AG dövlət nişanlı minik maşını tərəfindən vurulub. Gültəkin Quliyeva ağır kəllə-beyin zədəsi və digər zədələr alıb, sinir pozuntusuna məruz qalıb, hazırda Mərkəzi Respublika xəstəxanasında müalicə olunur, vəziyyəti ağırdır, hərəkət edə bilmir. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri Binəqədi polis idarəsi tərəfindən cinayət işi başlanılıb, lakin kifayət qədər vaxt keçməsinə baxmayaraq heç bir ciddi istintaq hərəkəti aparılmayıb. Aydın şəkildə hiss olunur ki, istintaq aparan şəxslər məsələni ört-basdır etməyə, hadisəni törətmiş tərəfi cinayət məsuliyyətindən qurtarmağa çalışırlar. Hadisəni törədən tərəf isə özlərini qərəzli aparır, yalan ifadələr verir, ?Ramil Usubovun adamı olduqlarını, yuxarılarda hər şeyi həll etdiklərini? bildirirlər. Biz hadisənin ədalətli araşdırılacağına inanaraq bu vaxt ərzində gözlədik, lakin istintaq aparan şəxslərin məsuliyyətsizliyi, hadisəni törədənlərin harınlığı indi elə həddə çatıb ki, hətta Gültəkin Quliyevanı guya özünü bilərəkdən maşının altına atmaqda ittiham edir və ya deyirlər ki, ümumiyyətlə, qəzanı törədən onlar deyil. Xahiş edirik ki, bu məsələyə biganə qalmayasınız və hadisənin obyektiv araşdırılması, müqəssirlərin cəzalandırılması üçün təcili tədbir görəsiniz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA