Sabirabadda seldən zərərçəkənlər yenidən aksiyaya bazladı

img

10-04-2012 [12:17]


Bu dəqiqələrdə Sabirabadın Minbaşı kəndinin 600-ə yaxın sakini rayon icra hakimiyyətinin binası qarşısına yürüş edirlər.Polis onların qarşısını kəssə də camaat polis kordonunu yarıb. Ərazidən keçən dəmir yolu xəttinin üstündə polislə sakinlər arasında qarşıdurma olub. Qeyd edək ki,Minbaşı kəndinin sakinləri 2010-cu ildə baş verən daşqınlardan sonra onlara kompensasiyaların verilməməsinə etiraz edirlər. Camaat deyir ki, yerli icra strukturları onlara çatacaq kompensasiyaları mənimsəyib. Yürüşçülər ?Biz kompensasiyaları yerli icra strukturlarından yox, prezidentdən istəyirik?, ?Biz dövlət başçısını istəyirik, o gəlsin? şüarları səsləndirir. Əllərində prezident İlham Əliyevin şəkilləri olan sakinlər Sabirabad rayon icra hakimiyyətinin qarşısına doğru yürüşü davam etdirirlər. Xatırladaq ki,aprelin 4-də də Minbaşı kəndinin bir qrup sakini etiraz aksiyası keçirərək Şirvan-Sabirabad yolunu bağlamışdır. Həmin vaxt da onlar kompensasiyaların verilməməsinə etirazlarını bildirirdilər. Minbaşı kənd icra nümayəndəliyindən verilən məlumata görə, aprelin 9-dan kənddə dövlət komissiyası işləyir, evlərə baxış keçirir. Amma bu dəqiqələrə qədər aksiyanın davam etdiyi bildirilir. "Azadlıq radiosu"

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA