Haqq və Ədalət Uğrunda Hərəkat təqdim olundu

img

06-04-2012 [10:08]


nən Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ)tədbir keçirilib. Tədbiri giriş sözü ilə Haqq və Ədalət Uğrunda Hərəkatın Azərbaycandakı nümayəndəsi Taleh Əliyev açaraq bildirdi ki, tədbirin mahiyyəti azərbaycanlı siyasi mühacirlər tərəfindən İsveçrədə yaradılmış ?Haqq və Ədalət Uğrunda Hərəkat?ın, eyni zamanda onun mətbu orqanı olan ?Haqq və Ədalət Carçısı? qəzetinin tanıdılmasıdır. Təşkilatın mahiyyəti, yaradılması, məram və məqsədi barədə məlumat verən Taleh bəy təşkilatın Azərbaycan nümayəndəliyinin yaradılması ilə bağlıda addımların atıldığını vurğuladı. Daha sonra Hərəkatın sədri, keçmiş OMON-çu Qabil Rzayevlə telefon əlaqəsi yaradıldı. Tədbir iştirakçılarını salamlayan, Qabil Rzayev hərəkatın yaxın gələcəkdə həyata keçirəcəyi tədbirlər barədə də jurnalistlərə məlumat verdi. Daha sonra tədbir Taleh Əliyev tədbirin yekun sözün dedi: ?Haqq və Ədalət Uğrunda Hərəkat? uzun illərdir ideya olaraq müzakirə olunduqdan sonra bu işin məsuliyyətini dərindən təhlil etdikdən sonra bu məsələ reallığa çevrildi. Keçən ilin iyun ayında artıq bununla bağlı təşkilatlanma prosesinə start verilmişdir. Həmin dövrdən etibarən Azərbaycandan bu prosesdə məndə yaxından iştirak edirdim. Adlarını çəkdiyimiz dostlarımızdan əlavə Hollandiyadan Telman Kazbekov və dünyanın digər ölkələrində-Rusiyada, Türkiyədə yaşayan həmvətənlərimiz bu prosesdən məlumatlandırılaraq bu təşkilatın ərsəyə gəlməsi üçün səfərbər olunmuşdur. Fəaliyyətin sonrakı mərhələsində müzakirələrin nəticəsində belə qərara gəlindi ki, təşkilat beynəlxalq təşkilat kimi formalaşdığına görə və daha çox demokratik dəyərləri təbilğ etdiyinə görə demokratiyanın mərkəzi olan elə Avropada təsis olunması daha məqsədəuyğun olar. Həm təşkilat rəhbərliyində təmsil olunan xeyli sayda insanlarımız bu ölkələrdə siyasi sığınacaq almış azərbaycanlılardır. Orada bilirsiz ki, şengen vizasına görə sərbəst hərəkət var. Həm orada təşkilatın ümumi rəhbərliyini həyata keçirə bilsin, həm də qeydiyyatla bağlı problemləri həll olsun, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə, xüsusilə də Avropa ictimaiyyətinə daha yaxından çatdırmaq üçün, Azərbaycandakı demokratikləşmə prosesinə Avropa siyasi institutları tərəfindən dəstək alınması üçün bu təşkilatın Avropada təsis olunması məqsədəuyğun bilindi. Bundan sonra Hərəkat Assosiasiya kimi İsveçrədə dövlət qeydiyyatına alındı. Bizim qarşımızda duran əsas məsələ təşkilatın azərbaycanlıların kompakt halda yaşadığı digər ölkələrdə və xüsusilə də Azərbaycanda təşkilatlanması prosesinə start verilməsi idi. Bu prosesi başlayanda düşündük ki, eyni zamanda bu təşkilatın ideya və məqsədlərini təbliğ edəcək bir mətbu orqana da ehtiyac var, çünki Azərbaycanda xeyli sayda kütləvi informasiya vasitələri olsa da, yeni sosial mediya inkişaf etsə də bu gün müəyyən bir bəlli auditoriyaya informasiya çatdırmaqda müəyyən problemlər yaşanır deyə, biz bu fikrimizi bir az da inkişaf etdirib Azərbaycanda ?Haqq və Ədalət Carçısı? adlı qəzet qeydiyyatdan keçirdik və bu ilin mart ayının 11-dən qəzetimiz işıq üzü görür. Əlavə olaraq bir məqamı da diqqətinizə çatdırım ki, artıq Azərbaycan nümayəndəliyinin yaradılması ilə bağlı Baş Ofisdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə tələb olunan aidiyyatı sənədlər, təşkilatın nizamnaməsi, mənim Azərbaycanda səlahiyyətli nümayəndə təyin olunmam haqqında təşkilatın müvafiq qərarı və mənə burada vəkalətnamə ilə verilmiş səlahiyyətlər Azərbaycana göndərilib. Sənədlər yaxın günlərdə Ədliyyə Nazirliyinə göndəriləcək, inanırıq ki, qeydiyyatla bağlı ciddi bir problemimiz olmayacaq. Bu təşkilat xarici ölkədə yaransa da azərbaycanlıların yaratmış olduğu bir təşkilatdır, Azərbaycanda həm dövlət idarəçiliyində həm də cəmiyyətiçi münasibətlərdə haqq və ədalət prinsiplərini gözlənilməsini hədəfləyən bir təşkilatdır. Xüsusilə vurğulamaq istəyirəm, ki, Haqq və Ədalət Uğrunda Hərəkat bir müxalifət təşkilatı deyil. Azərbaycanda haqqın və ədalətin bərqərar olunması üçün yola çıxmış, əsl vətənpərvər, əsl millətini, dövlətini sevən insanların formalaşdırdığı bir qurumdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR