Azarkeşlər Messini fitə basdı

img

15-05-2023 [08:55]


Fransa liqasında PSJ-nin "Ajaccio"nu 5:0 hesabı ilə məğlub etdiyiu oyunda Messi fitə basılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, icazəsiz Səudiyyə Ərəbistanına getdiyi üçün cəzalanan və daha sonra isə əfv edilərək, ilk 11-likdə meydana buraxılan ulduz futbolçu Messi ilk dəqiqədən "yuhlanıb".

Hər dəfə ayağına top dəydikcə azarkeşlərin bir ağızdan uğultu çıxarması məşhur oyunçunu "mandraj"a salıb.

Xatırladaq ki, həmin oyunda Fabian Ruiz, Hakimi, Mbappe (2 qol) və Youssoud qələbə qollarına imza atıb. 

Matçın 77-ci dəqiqəsində isə PSJ-dən Hakimi meydan da qovulub.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR