Milli Məclisin deputatları beynəlxalq forumda iztirak edəcəklər

img

06-04-2012 [12:11]


Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlardan Fuad Muradov və Ceyhun Osmanlı aprelin 8-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində səfərdə olacaqlar. Millət vəkilləri burada keçiriləcək xaricdə təhsil alan və məzun olmuş azərbaycanlı tələbələrin Beynəlxalq Forumunda (ASAİF) iştirak edəcəklər. ?Mən gənc səfirəm? adı altında təşkil olunmuş tədbirə Azərbaycanın və Macarıstanın dövlət, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri də qatılacaqlar. Forumda ?Xaricdə təhsil alan azərbaycanlı gənclərin təşkilatlanma, diaspora və lobbiçilik fəaliyyətlərinin formalaşdırılması: baxış və perspektivlər?, ?Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin rolu?, ?Xaricdə təhsil: insan kapitalının geri dönüşü və karyera imkanları?, ?Sosial şəbəkələr və KİV-in gənclərin ictimai-siyasi fəallıqlarının artırılmasındakı rolu? mövzularında müzakirələr aparılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA