AiDP sədri hakimiyyətə xəbərdarlıq etdi

img

05-04-2012 [10:45]


?Eurovision? mahnı müsabiqəsinə qədər həbsdə olan bütün vicdan məhbusları azadlığa buraxılmalıdır?. Bu çağırışla Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı çıxış edib. Onun fikrincə hakimiyyət beynəlxalq arenada onsuz da pis olan imicinin daha da korlanmasını istəmirsə həbsdə olan müxalifətçi fəalları, o çümlədən Müsavat partiyasının sədr müavini Arif Hacılını, ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallını dərhal həbsdən azad etməlidir. Əks təqdirdə bu iqtidar üçün başağrısına çevriləcək: ?Bəllidir ki, sözügedən müsabiqə keçirilən ərəfədə ölkəmizə diqqət artacaq. Ölkəmizdəki durum milyonlarla insanı, xüsusilə də beynəlxalq təşkilatları daha çox maraqlandıracaq. Bu mənada şəhərdə aparılan kosmetik xarakterli təmir işləri, yaradılan parıltı insan haqları sahəsindəki problemləri ört-basdır edə bilməyəcək. Ölkəmizdə problem axtaran qüvvələr üçünsə bu məqam göydəndüşmə olacaq. Ola bilsin ki, iqtidar həbsdə olan müxalifətçilərin azadlığa buraxılması məsələsinin müsabiqə ərəfəsində yaddan çıxacağını düşünür. Amma yanılırlar. Çünki qeyd etdiyim ki, bu məsələ beynəlxalq müstəvidə gündəmə gələcək, hətta ola bilsin ki, müsabiqə Azərbaycana qarşı yönələn tənqid və təzyiqlərin kölgəsində qalsın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA