YAP-da dəyiziklik oldu

img

05-04-2012 [10:09]


Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının VIII konfransı keçirilib. ?Qafqaz Resorte? otelinin konfrans zalında keçirilən toplantıda YAP Qəbələ rayon təşkilatının sədri Qüdrət Səmədov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, sıralarında 5000 nəfərə yaxın üzvü birləşdirən YAP Qəbələ rayon təşkilatının ərazi ilk təşkilatlarının sayı 76-ya çatıb. Konfransda rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək deyib ki, YAP yaxın keçmişimizdə baş verən çox mürəkkəb dramatik hadisələrdən inamla çıxıb, bütün gücü ilə Azərbaycan dövlətçiliyinin keşiyində durub. Milli Məclisin deputatları Fəttah Heydərov və Mübariz Qurbanlı Azərbaycan dövlətçiliyinin formalaşmasında, respublikada ictimai-siyasi sabitliyin bərqərar olunmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında partiyanın sədri, prezident İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu bildirərək YAP-ın rayon təşkilatının üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Konfransda Abil Ağasəfov YAP Qəbələ rayon təşkilatının yeni sədri seçilib. Konfransda, həmçinin 45 nəfərdən ibarət şura, 15 nəfərdən ibarət idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupunun üzvləri seçilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA