ATƏT ictimaiyyətlə əlaqələr və siyasi kampaniyanın təzkili mövzusunda təlim keçirir

img

05-04-2012 [02:51]


gn=left]2010/atet_bayraq_288477485.jpg[/libt] Aprelin 5-də ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə gənc siyasi fəallar üçün ictimaiyyətlə əlaqələr və siyasi kampaniya mövzusunda dörd-günlük təlim başlayıb. Müxtəlif siyasi partiyalardan 30-a yaxın gənc nümayəndə demokratik təsisatların qurulmasını analiz edəcək, siyasi kampaniyalara dair mütərəqqi beynəlxalq təcrübələri bölüşəcək, seçki dairələrində qruplarla düzgün işləməyi öyrənəcək və qadınların siyasətdə rolunu müzakirə edəcəklər. Tədbir zamanı siyasi partiyaların gənc nümayəndələri ATƏT-in müvafiq öhdəlikləri haqqında da məlumatlandırılacaq. ATƏT-in Bakı Ofisinin Demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Detç bildirib ki, gənclər Azərbaycan siyasəti və cəmiyyətində vacib rol oynayır: ?Bu təlimin məqsədi yeni nəsli Azərbaycanın gələcək inkişafında və formalaşmasında fəal iştirak etmək üçün zəruri olan bacarıqlarla təmin etməkdir?. Ukraynadan olan müstəqil ekspert Tetyana Soboleva təlim çərçivəsində siyasi kampaniyaların əhəmiyyəti və ümumi mənzərəsi, eləcə də ictimaiyyətlə əlaqələrin qurulmasına dair praktik seminarlar aparacaq. Qadınların siyasətdə rolu və imicin formalaşdırılması məsələlərinə də xüsusi sessiyalar həsr olunacaq. Bundan başqa, təlim iştirakçıları ictimaiyyət qarşısında çıxış, kommunikasiya planları və kampaniya strategiyalarının hazırlanması üzrə praktik məşğələlərdə iştirak edəcək. Onlar bu işlərin həyata keçirilməsi zamanı ənənəvi və yeni media alətləri və texnologiyalarının tətbiqi yollarını öyrənəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA