Hesablama Palatası Milli Məclisə hesab verəcək

img

05-04-2012 [01:25]


Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 8 məsələ daxildir. Gündəliyə daxil olan məsələlərdən biri Hesablama Palatasının hesabatı ilə bağlıdır. Deputatlar Hesablama Palatasının 2011-ci ilə dair hesabatını dinlədikdən sonra onu müzakirə edib qiymət verəcəklər. Hesablama Palatasının hesabatını qurumun sədri Heydər Əsədov verəcək. H.Əsədov Hesablama Palatasının 2011-ci ilin iş planına uyğun olaraq ayrı-ayrı dövlət qurumlarında apardığı audit yoxlamalar və onların nəticələri barədə danışacaq. Qeyd edək ki, Milli Məclisin sabahki iclasında İsa Nəcəfovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi, Avstraliyanın paytaxtı Kanberra şəhərində Azərbaycan səfirliyinin təsis olunması, Serbiya Respubikasında avtomobil magistralının tikintisi ilə bağlı kredit sazişi, ?Yol hərəkəti haqqında? qanunvericiliyə dəyişiklik edilməsi, Mülkü Məcəlləyə dəyişiklər edilməsi, İnzibati Xətalar Məcəlləsinə dəyişilik edilməsi və ?Mədəniyyət haqqında? Qanun layihəsi ilə bağlı məsələlərə də baxılacaq.#601;yi

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA