Aprelin 4-ü üçün hava proqnozu

img

04-04-2012 [12:30]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aprelin 4-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb. Bakıda və Abşeron yarımadasında aprelin 4-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9 dərəcə isti, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir. Yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir. Depratamentin məlumatına görə, Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Qeyd: aprel ayının 02-də Bakıda orta sutkalıq temperatur iqlim normasından 8.5 dərəcə yuxarı olmuş, maksimal temperatur isə Bakıda 25.5 dərəcə təşkil edib. Bununla da, 2008-ci il aprel ayının 02-də olan (23.5 dərəcə) sutkalıq rekord göstərici yenilənib.

Digər xəbərlər
SON XƏBƏRLƏR