İran istiqamətindən sərhədimizi pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar

img

01-08-2025 [12:00]


Azərbaycan sərhədini İran istiqamətindən pozmağa cəhd edən Əfqanıstan vətəndaşları saxlanılıblar.

Mia.az Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində 2 Əfqanıstan vətəndaşı – 1999-cu il təvəllüdlü Qasimi Reza Həbibulla və 2002-ci il təvəllüdlü Həsəni Məhəmmədrza Məhəmmədnaim dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR