Deputatın "tender şirkəti"nin sənədi itib, yoxsa...

Deputatın "tender şirkəti"nin sənədi itib, yoxsa...

CƏMİYYƏT

01.08.2025, 11:29

“Azəri-Med” QSC-nin dərman satışı ilə bağlı mühüm sənədi yoxa çıxıb.

Mia.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, şirkətə məxsus “Dərman vasitələrinin pərakəndə satışı” lisenziyasının əlavəsi itib.

Belə ki, İN/L-461/2020/222 nömrəli lisenziya əlavəsi itdiyi üçün etibarsız sayılır.

Xatırladaq ki, indiyə qədər yayılan çoxsaylı məlumatlara əsasən, bu şirkətin faktiki, yəni, sənəd üzəriində olmasa da, gerçək sahibi deputat Kamaləddin Qafarovdur. Bu şirkıətin daha çox Kamaləddin Qafarovun da vəzifə tutduğu Milli Onkologiya Mərkəzinin (MOM) tenderlərini "qapazlaması" iddialara işıq salır.

Maraqldır ki, son vaxtlar bu şirkət haqqında mediada çoxsaylı iddialar yayılmağa başlayıb.

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR