Etibar Məmmədov ?Avronest? Parlament Assambleyasının Siyasi Komitəsinin sədri ilə görüzüb

img

03-04-2012 [04:10]


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) müvəqqəti mərkəzi qərargahında partiyanın lideri Etibar Məmmədov və partiyanın sədri Yusif Bağırzadə ilə Avropa Parlamentinin deputatı, ?Avronest? Parlament Assambleyasının Siyasi Komitəsinin sədri Günnar Hökmark arasında görüş keçirilib. AMİP mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ölkədə demokratiyanın inkişafında, eləcə də, fundamental azadlıqların qorunmasında ciddi problemlərin olduğunu deyən AMİP lideri bu sahədə köklü islahatlara ehtiyac olduğunu vurğulayıb. E.Məmmədov Azərbaycanda demokratik dəyişikliklərin region üçün də vacib olduğunu qeyd edərək, bunun bir sıra məsələlərin çözülməsində həlledici rol oynayacağını bildirib: ?Mürəkkəb və əlverişli geopolitik məkanda yerləşən Azərbaycan dövləti qonşularının daimi təhdidləri altındadır. Xüsusən də, İranın nüvə proqramını davam etdirməsi və Ermənistanın işğalçı siyasəti həm region üçün, həm də Azərbaycan üçün ciddi təhlükə yaratmaqdadır?. G. Hökmark isə Azərbaycanda gedən prosesləri diqqətlə izlədiklərini, demokratik dəyərlərin bərqərar olması üçün təmsil etdiyi qurum tərəfindən hər zaman dəstək veriləcəyini deyib. O, AMİP-in bu istiqamətdə ardıcıl fəaliyyətini yüksək qiymətləndirərək, partiyanın Avropa Xalq Partiyasına üzvlüyü məsələsində öz köməkliyini əsirgəməyəcəyini diqqətə çatdırıb. Qonaq Azərbaycan dövlətinin Avropanın enerji təhlükəsizliyində xüsusi rolunu qeyd etməklə yanaşı, ölkədə demokratik dəyişikliklərin həyata keçirilməsinə xüsusi önəm verdiklərini qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA