Tahir Abbaslı: ?Eurovision?a hazırlıq adı ilə büdcə talan olunur?

img

03-04-2012 [04:07]


?Eurovision mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə bağlı olaraq şəhərdə aparılan təmir-tikinti işləri yeyinti mənbəyinə çevrilib. Bunu bilmək üçün xüsusu araşdırma aparmağa ehtiyac yoxdur. Sadəcə müşahidə etmək yetərlidir?. Bu fikirləri AİDP sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə verdiyi aşıqlamasında deyib. Onun sözlərinə görə, işlər həddindən artıq səriştəsiz aparılır: ?Biz partiyada mütəxəssislərin iştirakı ilə müzakirələr apardıq. Mütəxəssislər bildirirlər ki, paytaxtda aparılan işlər, xüsusuilə də Eurovision-a hesablanan və milyonlarla dollar neft pulu xərclənən bərpa prosesi kosmetik xarakter daşıyır. Əksər təmir olunmş yerlərdə artıq problemlər yaranıb. Müsabiqəyə hazırlıq görülən işlərin keyfiyyətini arxa plana keçirib. Müzakirələr zamanı mütəxəssislər bildirdilər ki, bəzi yerlərdə aparılan təmir işləri ən çoxu 2 ay tab gətirə biləcək. Bu müddətdən sonra sıradan çıxacaq. Məndə olan məlumata görə, bunu ən yuxarı postda belə bilirlər. Amma müsabiqənin vaxtına az qaldığından tapşırıq verilib ki, işlər sürətlə həyata keçirilməlidi?. AİDP sədrinin sözlərinə görə, bu vurhavurdan istifadə edərək hökumət strukturları işləri öz adamlarına tapşırıb: ?Onlarin arasında mütəxəssis olmayanlar belə var. Hesab edirəm ki, bu yolla kifayət qədər mənimsəmə hallarına da yol verilir. Bir sözlə ?Eurovision?a hazırlıq adı ilə büdcə talan olunur?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA