Qənirə Pazayeva diaspor təzkilatları ilə görüzdü

img

03-04-2012 [12:05]


Millət vəkili Qənirə Paşayeva Almaniyanın Nürnberq bölgəsində fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatları ilə görüşüb. Görüşdə Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları - Azərbaycan Dostluq Dərnəyinin sədri Azad Rəhim və Xəzər Təhsil Mədəniyyət Mərkəzinin rəhbəri Yaşar Musayev iştirak edib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırılması üçün Azərbaycan diaspora təşkilatlarının üzərinə düşən vəzifələrə toxunan millət vəkili Qənirə Paşayeva bu işdə türk diaspora təşkilatları ilə birgə hərəkət etmələrinin vacibliyini qeyd edib. Millət vəkili harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanının, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün birlikdə çalışmalarını sürətləndirmələrinin vacibliyini vurğulayıb. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanın tarixi, Qarabağ həqiqətləri, Azərbaycanın mədəniyyəti, musiqisi ilə bağlı kitablar və materiallar təqdim edib, habelə Qarabağın Azərbaycanlı İcmasının üzvü, sabiq millət vəkili Havva Məmmədova ilə birgə yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabının, habelə ?Şərq? qəzetinin baş redaktoru Akif Aşırlı ilə birgə yazdığı və üç dildə çap olunmuş (Azərbaycan, Türkiyə türkcəsi, ingilis) ?Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım? kitablarını da hədiyyə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA